ÇL: həftənin ən yaxşı oyunçusu adına namizədlər bilindi
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Futbolpress.az xəbər verir ki, bu ada Dortmund "Borussiya"sından Yulian Brandt, "Barselona"dan Osman Dembele, "Bavariya"dan Yozua Kimmix və "Real"dan Federiko Valverde namizəd göstərilib.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.