AZ

ABŞ Dövlət Departamentindən sülhməramlıların Qarabağı tərk etməsi ilə bağlı AÇIQLAMA

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentininAzərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibətbildirib.

Trend xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibininmüavini Vedant Patel ABŞ-nin 2020-ci ildə Qarabağda döyüşlərə sonqoyan və həmin bölgədə Rusiya sülhməramlı kontingentininyerləşdirilməsi ilə nəticələnən üçtərəfli razılaşmanın tərəfiolmadığını diqqətə çatdırıb.

"Bununla belə, biz Ermənistan və Azərbaycanın davamlı vələyaqətli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyirik və buprosesin asanlaşdırılması üçün yardımımızı davam etməyə hazırıq", -Dövlət Departamentinin rəsmisi qeyd edib.

Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiyasülhməramlı kontingentinin Qarabağdan çıxarılmasınıtəsdiqləyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - AzərbaycanRespublikası Prezidentinin Administrasiyasının Xarici siyasətməsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyasülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədəməlumatla əlaqədar bildirib ki, 2020-ci il noyabrın 10-daimzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasınınərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyasısülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəlçıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərarqəbul edilmişdir. Artıq proses başlanılmışdır, Azərbaycan və RusiyaMüdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiqtədbirləri həyata keçirirlər.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Rusiya sülhməramlıkontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxmasıprosesini əks etdirən kadrlar yayılsa da bununla bağlı hər hansıbir rəsmi açıqlama yox idi.

Əlavə edək ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşənXudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəngmonastrını Azərbaycan polisi mühafizə edir.

Seçilən
167
22
Mənbələr
Şərh ()
Bağla