AZ

ABŞ-dən rus sülhməramlılarının Qarabağdan çıxarılmasına – Reaksiya


“Bildiyiniz kimi, biz 2020-ci ildə Dağlıq Qarabağda döyüşlərə son qoyan və həmin bölgədə Rusiya qoşunlarını yerləşdirən üçtərəfli razılaşmanın tərəfi deyildik”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Sülhməramlı Kontingentinin Azərbaycan ərazisindən çıxarılmasına münasibət bildirən ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
“Açığı, biz Rusiya ordusunun Cənubi Qafqaz regionunun daha dinc və sabit olmasına töhfə verdiyinə dair heç nə görməmişik. Ötən payızda Dağlıq Qarabağda (Qarabağ iqtisadi rayonu – red.) baş verən hadisələr bu məqamı kifayət qədər göstərir. Bu isə Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığına dair başqa bir məqam və ya nümunədir”, - deyə Patel bildirib.
O qeyd edib ki, bununla belə, ABŞ Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyir:
“Bu prosesin asanlaşdırılmasına yardım etməyə davam etməyə hazırıq”.
Xatırladaq ki, aprelin 16-da sosial şəbəkələrdə Rusiya Sülhməramlı Kontingentinin Qarabağdan çıxarılmasını əks etdirən kadrlar yayılıb. Ötən gün – aprelin 17-də isə həm Rusiya, həm də Azərbaycan rəsmiləri sülhməramlıların Azərbaycan ərazilərindən çıxarılma prosesinin başladığını təsdiqləyiblər.
Seçilən
32
26
Mənbələr
Şərh ()
Bağla