AZ

Gecə saatlarında Kiyev vilayətində partlayışlar olub

Ukraynanın bir sıra bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.

Editor.az “Kanal 24”ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, Kiyev vilayətində partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi işə düşüb. Telekanal saat 1:00-da Kiyev vilayətində baş verən partlayışlar barədə məlumat yayıb.

Qeyd olunub ki, Kiyev vilayətində hava hücumu sirenası səslənib, Ukrayna paytaxtının özündə isə həyəcan təbili çalınmayıb. Kiyev Regional Hərbi Administrasiyasının məlumatına görə, həyəcan siqnalı yerli vaxtla saat 00:08-də elan edilib və saat 01:28-də ləğv edilib.

Onlayn xəritəyə əsasən, Kirovoqrad, Dnepropetrovsk, Nikolayev və Odessa vilayətlərində də hava hücumu xəbərdarlığı elan edilib. Gecə saatlarında Jitomir və Xarkov vilayətlərində sirenlər işə salınıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla