AZ

Qəbələ RMX-nın cərrahı Esmira Haqverdiyeva - "Həkimlərimizi tanıyaq!" rubrikası

"Həkimlərimizi tanıyaq!" rubrikamızda bu dəfə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkim-cərrahı Esmira Firdovey qızı Haqverdiyevanı oxuculara təqdim edirik.

 

O, 1986-cı ildə Tbilisi şəhərində anadan olub. 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2012-2017-ci illərdə Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində ümumi cərrahiyyə ixtisası üzrə rezidentura keçib. Bu müddət ərzində çoxsaylı elmi praktik konfranslarda, o cümlədən XIII Beynəlxalq Cərrahiyyə Konfransında iştirak edib. Cərrahiyyənin müxtəlif mövzularında 6 tezis, 1 məqalənin müəllifidir. Məqalə Qazaxıstan Cərrahiyyə Jurnalında dərc olunub.

 

Esmira Haqverdiyeva 2017-ci ildən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-cərrahı vəzifəsində çalışır.

 

Həkim Azərbaycan Kolorektal Cərrahiyyə Dərnəyinin üzvüdür.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla