AZ

Zamiq çətin günlərindən danışdı: "O günlərə baxanda..."- VİDEO

Müğənni Zamiq Hüseynov çətin keçən keçmiş günlərindən danışıb.

Milli.Az olay-a istinadən bildirir ki, ifaçı bu barədə "Söhbət var" verilişində söz açıb.

"Həyatımdakı çətin günlər mənə böyük güc verib. Mən o çətin günlərə baxanda, hansı peşənin dalınca getmişəmsə, orada çalışmışam ki, həmişə güclü olum. Heç vaxt o günləri kövrələrək, qəmli notlarla heç kimə çatdırmamışam. Mən fikirləşirəm ki, bir insan öz peşəsinə sevgiylə, ən vacibi vicdanla yanaşırsa, mümkün deyil o insan uğuru qazanmasın. O insanlar ki, həvəsdən düşürlər, onlar müəyyən yerlərdə səhv edirlər və uğursuzluq onları büdrədir. Əgər vicdanla görüblərsə, qarşıya baxanda ancaq uğur görməlidirlər", - deyə, o, bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla