AZ

Dominik Soboslai: “Liverpul” səni istəyirsə…”

Macarıstan yığmasının və “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai İngiltərə klubuna keçməyə necə qərar verdiyini açıqlayıb.

Arena.az macar futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Liverpul” səni istəyirsə, başqa heç nə düşünmürsən. Amma Yurgen Klopun klubda olması əlbəttə ki, qərarıma təsir etdi. Mənə zəng etdi, müqavilə imzalamamışdan əvvəl yaxşı söhbət etdik. O, məni komandasında görmək istədiyini dedi, mən də onlara qoşulmaq istədiyimi dedim. Çox tez qərar verdim”, deyə Soboslai xatırlayıb.

Xatırladaq ki, Dominik Soboslai 2023-cü ilin iyul ayında Almaniyanın “Leypsiq” klubundan 70 milyon avro qarşılığında “Liverpul”a transfer edilib. Macar yarımmüdafiəçinin “qırmızılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. O, İngiltərə nəhənginin heyətində indiyə qədər 38 oyuna çıxıb. 23 yaşlı futbolçu bu oyunlarda 7 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.

Soboslai daha öncə “Liferinq”, “Leypsiq”, “Zalsburq” kimi klubların formasını geyinib. O, kapitanı olduğu Macarıstan yığmasında 2019-cu ilin mart ayında debüt edib. Yarımmüdafiəçi millidə keçirdiyi 40 oyunda 12 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla