AZ

Bu şəxsləri böyük cərimələr gözləyir: "30 min manat verib obyekt işlədirəm..." - VİDEO

Bu şəxsləri böyük cərimələr gözləyir: "30 min manat verib obyekt işlədirəm..." - VİDEO

Şəhərin mərkəzi hissələrində parklanma yerləri salınsa da, ətraf ərazilərdə bu problem hələ də qalmaqdadır. Xüsusən iri bazarların ətrafında yerli-yersiz parklanmalar səbəbindən nə maşınlar keçə bilir, nə də piyadalar. Vəziyyəti qəlizləşdirən məsələ obyektlərin qarşısındakı ərazilərin dolmasıdır.

8 km bazarı insanların ən çox üz tutduğu ərazilərdən biridir. Bazara avtomobili ilə gələnlərin sayı da kifayət qədərdir. Buna baxmayaraq bazar ətrafındakı parklanma yerləri o qədərdə çox deyil. Hətta obyekt sahiblərinin bəzilərinin yolu zəbt etdiyi deyilir. Hətta yolların qarışısına bəzi maneələrin qoyulduğu deyilir. Buna görə də bəzi avtomobillər yolun hərəkət hissəsində dayanmağa məcbur olur və beləliklə cərimələnir

Sonxeber.az xəbər verir ki avtomobil sürücüləri "Arb Xəbə"ə problem ilə bağlı açıqlama verib.

"Avtomobili həmin hissədə saxlamağa qorxuram ki, evakuator gəlib aparar. Vəziyyəti görürsünüz nə gündədir. Hamı məcbur olaraq istənilən halda yolun ortasında saxlamaq məcburiyyətində qalır. Bəzi obyektlər var ki, qarşısında parklanma olduğu halda, biz orada saxlaya bilmirik".

Nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı öz fikirlərini bildirib:

"Şəxsi yol deyə bir şey yoxdur. Şəhər qırağında elə yol yoxdur ki, kimsə oranı bağlayıb desin ki, bura mənimdir. Bəzi insanlar var ki, parklanma yerini və yolu zəbt edirlər. Bununla yanaşı piyadaların hərəkətini çətinləşdirirlər. Bütün bunlar qanunsuz hərəkətlərdir".

Ətraflı "ARB Xəbər"in süjetində:

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla