AZ

Acqarına meyvə yemək nə qədər zərərlidir?

"Sağlam insan günün istənilən vaxtı meyvə yeyə bilər".

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu dieotoloq Anna Belousova deyib.

Həkim bildirib ki, sağlam insan istənilən vaxt meyvə yeyə bilər: acqarına, yeməkdən əvvəl, yeməkdən sonra:

"Sadəcə ananaslar boş bir mədəni qıcıqlandıra bilər. Ananasın tərkibində zülalları parçalayan çoxlu fermentlər var, ona görə də onu əsas yemək zamanı və ya ondan sonra yemək yaxşıdır – o zaman həzm etməyə kömək edir".

Dietoloq mədə-bağırsaq traktının, onikibarmaq bağırsaq və ya nazik bağırsaq xəstəliklərinin kəskinləşməsi olan insanların pəhrizindən meyvələri çıxarmağa çağırıb.

"Həmçinin, yüksək turşuluğu olan qastrit və ya mədə xorası olan insanlara yetişməmiş naringi və təbii ki, ananas kimi turş meyvə və giləmeyvələri acqarına yeməyi tövsiyə etməzdim", - deyə Belousova əlavə edib.

Humay İSGƏNDƏRLİ

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla