AZ

Bu gündən "TikTok"a giriş qismən məhdudlaşdırıldı

"TikTok" sosial şəbəkəsi Qırğızıstanda qismən əlçatan deyil; həm mobil cihazlardan, həm də kompüterlərdən daxil olmaq mümkün deyil.

Herbiand.az Qırğızıstan mənbələrinə istanadən xəbər verir ki, qadağalar bu gündən qüvvəyə minib. Bir neçə gün əvvəl Respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsi Rəqəmsal İnkişaf Nazirliyinə məktub göndərərək aprelin 18-dək ölkədə TikTok-a girişin məhdudlaşdırılmasını tələb edib.

Bundan sonra Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyinin nəzdindəki rabitə sənayesində tənzimləmə və nəzarət xidməti ölkənin provayderlərindən istifadəçinin TikTok şəbəkəsinə girişini məhdudlaşdırmağı xahiş edib.

Hazırda ən qısa videonu belə yükləmək üçün 10-15 dəqiqə vaxt sərf olunur.

Herbiand.az

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla