AZ

"Mədəni İnkişafın Təbliği" İctimai Birliyi yeni layihəyə başladı

"Mədəni İnkişafın Təbliği" İctimai Birliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə yardımı ilə Ədəbiyyatımızın, mədəni irsimizin dünyada tanıdılması məqsədi ilə “Dünyada biz” layihəsinin icrasına başlayıb.

Bakupost.az xəbər verir ki, layihənin icrası ilə bağlı peşəkar işçi heyəti seçilib, tədbirlər planı hazırlanıb.

Layihənin əsas məqsədi Azərbaycanımızı, onun ədəbi və mədəni irsini dünyaya daha da tanıtmaqdır.

Layihə çərçivəsində Azərbaycan ədəbiyyatının tanınan simalarından birinin əsərləri ingilis dilinə tərcümə edilərək kitab-almanax kimi dərc ediləcək. İngilisdilli oxucular üçün hazırlanacaq kitab-almanaxın təqdimatı keçiriləcək, daha sonra isə kitabxanalara paylanılacaq.

Məlumat üçün qeyd edək ki, layihənin icrasının 2 ay (01.04.2024-01.06.2024) müddətində Bakı və Sumqayıt şəhərlərində həyata keçirilməsi nəzərdə tutulub.




Seçilən
75
Mənbələr
Şərh ()
Bağla