AZ

Ançelotti: "Real" elə klubdur ki..."

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında "Mançester Siti"yə qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, UEFA-nın saytına danışan mütəxəssis yarımfinala yüksəlmələri haqda bunları deyib:

"Çox yaxşı müdafiə olunduq. "Real" elə klubdur ki, çıxış yolu olmasa belə, mübarizə apara bilir. Bununla yanaşı, hər zaman çıxış yolu tapırıq. Penaltilər seriyası başlayanda yarımfinala yüksələcəyimizə əmin idim".

Əsas vaxt 1:1 hesabıyla başa çatan görüşdə "Real" penaltilər seriyasında daha dəqiq olub (4:3) və adını yarımfinala yazdırıb.
Seçilən
97
Mənbələr
Şərh ()
Bağla