AZ

Ermənilər Qarabağdan əbədi gedib – Aleksanr Koç

“O günlərdə (sentyabr 2023 – red.) Artsaxın demək olar ki, bütün sakinləri çıxıb getməzdən əvvəl evlərini yandırıb, qəbiristanlıqlardan əcdadlarının külünü götürüb getdilər. Beləliklə, onlar əbədi olaraq ayrılırlar”.

Herbiand.az xəbər verir ki, bu fikirlər “Komsomolskaya Pravda”nın xüsusi müxbiri, hərbi reportyor Aleksanr Koça məxsusdur.

Sülhməramlıların Qarabağı tərk etməsini şərh dən Aleksanr Koç bildirir ki, artıq ermənilər Qarabağı əbədi tərk ediblər. Jurnalist hesab edir ki, bəzi insanlarda ərazilərin qaytarılacağı ilə bağlı illüziyalar var idi. Ancaq rəsmi İrəvan bunun üçün döyüşmək istəmir və Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyır.

“Əslində, ermənilərin köçündən sonra sülhməramlı missiyanın özü aktuallığını itirdi. Bir tərəfdən mandat 2025-ci ilə qədər mövcudluğumuzu öz üzərinə götürdü. Digər tərəfdən, Qarabağ ərazisində heç bir təmas xətti, döyüşən tərəflər, heç bir erməni əhalisi qalmayıb ki, bizim himayəmizə keçsin”.

Aleksandr Koç prosesin çoxdan başladığını, Şuşa, Ağdərə və Əsgərandan postların yığışdırıldığını, indi isə Xocalıdakı hava limanı ərazisində olan kontingentin çıxarıldığını qeyd edib.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla