AZ

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Kayrat

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan tarixi üçün vacib məqamlardandır. Bizim təşkilatın yaradılmasının 30 illik tarixi var. Bizim üçün Azərbaycanın ilk illərdən təşkilata üzv olması önəmlidir. Azərbaycanın hərtərəfli diplomatiyanın tərəfdaş olması çox təqdirəlayiqdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru, Qazaxıstanın dövlət xadimi, diplomat Kayrat Sarıbay Qazaxıstanın Azərbaycandakı səfirliyində brifinqdə deyib.

Təşkilatın tarixi və fəaliyyəti barədə məlumat verən diplomat səfərinin əsas məqsədinin 2024-2026-cı illərdə AQEM-də sədrliyin Azərbaycana keçməsini qeyd edib.

İcraçı direktor Azərbaycanın AQEM çərçivəsində hər zaman fəal iştirak etdiyini məmnunluqla bildirib və sədr seçilməsi münasibətilə səmimi təbriklərini çatdırıb.

"Son 4 ildə Qazaxıstanın AQEM-ə sədrliyi dövründə az iş görülməyib. Düşünürəm ki, Azərbaycan bu inkişaf istiqamətini davam etdirəcək və bir sıra uğurlu layihələrin icrasına nail olacaq", - deyə Kayrat Sarıbay əlavə edib.

 

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla