AZ

“Sərhədlərin delimitasiyasına qədər növbədənkənar seçki olmayacaq” – Paşinyan


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası prosesi başa çatana qədər növbədənkənar parlament seçkiləri keçirmək niyyətində olmadığını bildirib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Paşinyan baş verənləri qlobal geosiyasi dəyişikliklərə reaksiya adlandırıb.
“Düşünürəm ki, bu, (növbədənkənar seçkilər) bizə lazım deyil. Bizim gördüyümüz iş qlobal geosiyasi dəyişikliklərə reaksiyadır”, - deyə Baş nazir Berkaber kənd sakininin Azərbaycanla sərhədi delimitasiyasına qədər növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyü ilə bağlı sualını cavablandırarkən bildirib.
Seçilən
88
1
Mənbələr
Şərh ()
Bağla