AZ

G7 ölkələri dondurulmuş Rusiya aktivlərinin taleyindən danışıblar

G7 ölkələri Rusiyanın xaricdəki pul aktivlərinin dondurulduğunu bir daha təsdiqləyib və onlardan istifadə imkanlarını araşdırmağa davam edəcəklərini bəyan ediblər.

Bu barədə “Böyük yeddilik”in maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Vaşinqtonda keçirilən görüşün yekununda birgə bəyanatında deyilir.

G-7 ölkələri öz yurisdiksiyalarında olan Rusiyanın aktivlərinin dondurulduğunu və “Ukraynaya dəstək üçün [onlardan] istifadənin bütün mümkün yolları üzərində işin davam etdiriləcəyini” təkrarladılar.

Nikkei nəşrinin məlumatına görə, 2022-ci il fevralın 24-dən etibarən Avropa İttifaqı və G7 ölkələri sanksiyalar siyasəti çərçivəsində Rusiya Mərkəzi Bankının öz ərazilərində təxminən 300 milyard avroluq (328 milyard dollar) aktivlərini bloklayıb.

Mənbə: TASS

Seçilən
66
1
Mənbələr
Şərh ()
Bağla