AZ

Təzəkənd kəndində sakinlərlə səyyar qəbul keçirilib -FOTOLAR

Daşkəsən rayonunun Təzəkənd kəndinin sakinləri ilə keçirilən səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd etmişdir.
Dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar qəbulda müraciətlər əsasən əraziyə təbii qaz xəttinin, internetin çəkilməsi, elektrik transformatorunun yerinin dəyişdirilməsi, özünəməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunma, ərazidə olan su keçidinin cari təmir olunması, məşğulluq, sahibsiz itlərlə bağlı qanunamüvafiq tədbir görülməsi və digər şəxsi məsələlərlə bağlı olmuşdur.
Səsləndirilmiş məsələlərin həlli üçün aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində tapşırıqlar verilmiş, vətəndaşlara qanunamüvafiq tövsiyələr olunmuşdur.
image-1 image-2 image-3 image-4 image-5 image-6
Seçilən
61
Mənbələr
Şərh ()
Bağla