Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə Binəqədi-Balaxanı şosesində qeydə alınıb.
Şahidlərin dedyinə görə, TIR-la betonqarışdıran maşın toqquşub. Nəticədə yük maşınının kabinesi yerə düşüb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.
Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.