AZ

Bakıda dəhşətli qəza: Betonqarışdıran maşınla toqquşan TIR-ın kabinəsi yola düşdü - VİDEO

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə Binəqədi-Balaxanı şosesində qeydə alınıb.

Şahidlərin dedyinə görə, TIR-la betonqarışdıran maşın toqquşub. Nəticədə yük maşınının kabinesi yerə düşüb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla