AZ

Rusiyanın Çerniqov şəhərinə endirdyi raket zərbəsindən qurbanların sayı artıb

Rusiyanın dünən Ukraynanın Çerniqov şəhərinə endirdiyi raket zərbələri nəticəsində qurbanların sayı artıb.

Azpost.info-nun məlumatına görə, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin telegram kanalında bildirilib.

“Dağıntılar altından 3 nəfər xilas edilib. 18 ölü və 77 yaralı (o cümlədən 4 azyaşlı) var. 58 nəfərə psixoloji yardım göstərilib, 1580 ton tikinti tullantıları çıxarılıb, binanın dağılmış hissəsinin 71 faizi sökülüb. Xilasetmə işləri davam etdirilir”-deyə məlumatda bildirilir.

Aprelin 17-də Rusiya şəhərin mərkəzinə raket zərbələri endirib. Əvəvlcə sosial infrastruktur obyektinə zərbə vurulduöu deyilsə də sonra məlum olub ki, mülki obyektlər hədəfə düşüb. Çoxlu sayda hündürmərtəbəli binalar zədələnib, onlarla avtomobil sıradan çıxıb.

Azpost.info

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla