AZ

Bakıda yük avtomobilinə çırpılan "Prius" sürücüsü ölüb

Bakıda yol kənarındakı yük maşınına çırpılan "Toyota Prius" markalı avtomobilin sürücüsü ölüb.

APA xəbər verir ki, hadisə ötən gün Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınıb.

Bəxtiyar Həsənov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yol kənarında dayanan "MAN TGA" markalı yük avtomobilinə çırpılıb.

Xəstəxanaya yerləşdirilən Bəxtiyar Həsənov həkimlərin səyinə baxmayaraq ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
59
3
Mənbələr
Şərh ()
Bağla