AZ

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.

"Report" xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə C.Həsənov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, İslam Yusifovun sükanı arxasında olduğu "Toyota Prius" markalı avtomobil Rövşən Abbasovun idarə etdiyi "Azİnşaat" MMC-yə məxsus "MAN TGA" markalı yük avtomobilinin arxa hissəsi ilə toqquşub. Nəticədə İslam Yusifov aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Seçilən
67
17
Mənbələr
Şərh ()
Bağla