AZ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tibbi heyəti üçün təlim keçirilib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Təlim Mərkəzində tibbi heyət üçün növbəti təlim keçirilib.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, təlim Azərbaycan Kardiologiya Cəmiyyətinin işçi qrupunun kardioloqları Arzu Qurbanovanın, Ruslan Bağıyevin, işçi qrupunun rəhbəri Yusif Ağayevin, eləcə də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin böyük həkimi Lamiyə Elişzadənin və Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinin həkimi Könül Səfərovanın iştirakı ilə baş tutub.
 
Təlimdə "Kəskin koranar sindrom", "Miokard infarktı", ''Kardiogen şok", "Ağciyər ödemi", "Kəskin koronar sindromlu xəstələrin daşınma spesifikası", "Kəskin ritm pozğunluqları" mövzusunda məruzələr dinlənilib, müzakirələr aparılıb.
 
Sonda iştirakçılara Azərbaycan Kardiologiya Cəmiyyətinin sertifikatı təqdim olunub.
Seçilən
60
Mənbələr
Şərh ()
Bağla