AZ

Fransada Putinin keçmiş arvadının villası müsadirə edildi

Fransada Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnayanın evi müsadirə olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Anqletdə yerləşən Art Deko üslublu villa 2013-cü ildə rusiyalı sahibkar və Lyudmilanın əri Artur Oçeretnı tərəfindən alınıb. 5 000 kvadratmetrlik mülk sahibinə 5,4 milyon avroya başa gəlib və vəsaitlərin mənşəyi "müəmmalı olaraq qalır".

Villaya 6 dekabr 2023-cü ildə Fransa məhkəməsi tərəfindən həbs qoyulub.

Bildirilib ki, Oçeretnayanın villasından başqa, daha bir neçə Kremlə yaxın oliqarxların mülkləri nəzarət altındadır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
107
6
milli.az

10Mənbələr