AZ

"Yapı Kredi Bank Azərbaycan" birinci rübü 2,5 milyon manat - XALİS MƏNFƏƏTLƏ BAŞA VURDU .-HESABAT

"Yapı Kredi Azərbaycan" ASC 2024-cü ilin 1-ci rübünü  2 milyon 472 min manat xalis mənfəət ilə başa vurub. 

Bu barədə FED.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir.

Xalis mənfəət son bir il ərzində 311 min manat və ya 14% artıb.

"Yapı Kredi" hesabat dövründə 921 min manat mənfəət vergisi ödəyib.

Hesabat dövründə bankın faiz gəlirləri 10 milyon 671 min manat təşkil edib ki, bunun da 7 milyon 245 min manatı kreditlər hesabına əldə edilən faiz gəlirlər olub. Ümumi faiz gəlirləri 2 milyon 342 min manat və ya 28%, kreditlərdən əldə edilən faiz gəlirləri isə 1 milyon 26 min manat (16%) artıb.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla