AZ

Cənubi Koreya 2024-cü ildə Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Bu il Cənubi Koreya Ukraynaya 200 milyon dollar dəyərində humanitar yardım göstərəcək.Seul Kiyevə ümumilikdə 2,3 milyard dollar ayırmağı planlaşdırır.

Editor.az xəbər verir ki, bunun 200 milyon dolları 2024-cü ildə Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün humanitar yardım kimi istifadə olunacaq. Qalan 2,3 milyard dollar isə İqtisadi İnkişaf Əməkdaşlıq Fondunun (EDCF) xətti ilə 2025-ci ildən başlayaraq uzunmüddətli, aşağı faizli kreditlər şəklində veriləcək.

Bundan əlavə, Cənubi Koreya Ukraynaya kömək məqsədilə Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının hər birinə 50 milyon dollar ayıracaq.

//Gülnarə Abasova, Editor.az

Seçilən
59
2
Mənbələr
Şərh ()
Bağla