AZ

Azərbaycanlı məşqçinin böyük planı - ÜÇÜNCÜ CƏHD

Mövsümün əvvəli məqsədlərinin Premyer Liqada qalmaq olduğunu açıqlayan "Turan Tovuz" bu gün avrokubokların həndəvərindədir.

Uğurlu mövsün keçirən bölgə klubunu ikinci pillədən cəmi 5 xal ayırır.

Əslində bu gün biz daha iddialı, heyətində indikindən baha qiymətə və sanballı legionerlər cəm olan kollektiv görə bilərdik.

Bəs niyə görmürük?

Bəzi klublarda ya büdcə buna imkan vermir, ya da pul var, amma rəhbərlik xəssislik və ya şəxsi maraqlarına xidmət edir.

Amma Qərb təmsilçisində bu problemlərin heç biri yaşanmır.

Yetəri qədər büdcə var. Klub rəhbəri Ehtiram Quliyev də nə xəssisdir, nə də öz maraqlarına xidmət edən.

Sadəcə baş məşqçi Ayxan Abbasov klubun mənafeyinə xidmət edən qərar verib.

O, mövsümün əvvəli nisbətən az büdcəyə formalaşan heyət qurulmasını və büdcənin müəyyən hissəsinin insfrastruktura yatırılmasını rəhbərliyə tövsiyə edib.

Səlahət çalışdırıcının əlində olub. İstəsə, digər klublar kimi büdcəni əhəmiyyətli hissəsinin əsas komandaya ayrılmasına qərar verə bilərmiş.

Amma Abbasov buna getməyib.

Bir sözlə, təcrübəli mütəxəssis qısamüddətli uğuru yox, gələcəyə hesablanan layihənin olmasında maraqlı olub. Təbii ki, bu da infrastrukturun formalaşmasından keçir.

Əslində Ayxan Abbasov "Zirə" və "Sumqayıt"da da buna bənzər strategiya ilə yola çıxmış, və müəyyən bir məsafə də qət edə bilmişdi.

Amma muxtəlif bəhanələrlə onun istəkləri yarıda saxlanılmışdı.

Atalar üçdən deyib. Ümid edək ki, onun təkcə klub yox, həm də futbolumuz üçün faydalı olan böyük planı bu dəfə "Turan"da yarımçıq qalmayacaq.

XANOĞLAN İMANOV

Seçilən
81
1
Mənbələr
Şərh ()
Bağla