AZ

On bir yaşlı uşağın ölümündə günahlandırılan “Azərişıq” ASC-nin işçiləri ilə bağlı QƏRAR

Ali Məhkəmədə 11 yaşlı uşağın elektrik cərəyanı vuraraq öldürməsinə görə günahlandırılan “Azərişıq” ASC-nin əməkdaşları - Natiq Əsədov və Elxan Məmmədyarovun barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd: 2022-ci iyulun 28-i saat 09 radələrində Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində 2011-ci il təvəllüdlü Aqşin Ağasiyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırmalarla müəyyən edilib ki, Aqşin Ağasiyev çayın kənarından keçən elektrik naqilindən hər iki əli ilə tutan zaman elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

 

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

 

Daha sonra “Azərişıq” ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları - Natiq Əsədov və Elxan Məmmədyarov cinayət məsuliyyətinə cəlb edilib.

 

Qəbələ Rayon Məhkəməsinin hökmü ilə onların hər birinə 2000 manat miqdarında cərimə cəzası və 4 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Şəki Apellyasiya Məhkəməsi hər iki şəxsin şikayətini təmin etməyib.

 

Kamal Məmmədov

Tarix: 18 Aprel 2024, 08:52   
Seçilən
107
1
Mənbələr
Şərh ()
Bağla