AZ

Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı

İlham Əliyev bu dəfə də dövlətimizin düşmənlərini məyus etdi

 

2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatına əsasən Qarabağ iqtisadi rayonunda yerləşdirilən Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsi prosesinə başlanılıb. Buna səbəb son bir ildə baş verən hadisə və proseslər səbəbilə bölgədə sülhməramlıların mövcudluğuna ehtiyacın qalmamasıdır.

 

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan dövlətinin razılığı ilə ölkə ərazisində yerləşdirilən Rusiya sülhməramlılarının əsas vəzifəsi sülhü və təhlükəsizliyi təmin etmək, o cümlədən, Qarabağdakı qanunsuz erməni silahlı birləşmlərini tərk-silah etmək idi. Sülhməramlıların Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərdikləri müddət ərzində bəzi neqativ hadisələr baş versə də, bütövlükdə onların fəsaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, təqdir edilmişdir. Buna nümunə olaraq Prezidnt İlham Əliyevin vaxtaşırı olraq sülhməramlılar və onların xidməti fəaliyyəti ilə bağlı səsləndirdiyi təqdiredici fikirləri göstərmək olar.

 

Bölgəyə yeni reallıqlar gətirən 23 saatlıq lokal antiterror tədbiri

 

Lakin Qarabağda qanunsuz erməni birləşmələrinin tərk-silah edilməsi prosesinin yubadılması, bunun fonunda ermənilərin artan təxribatları Azərbaycanı ciddi və konkret addımlar atmaq məcburiyyəti qarşısında qoydu. 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu Qarabağda lokal antuterrir tədbirlərinə start verdi. 23 saat davam edən əməliyyat nəticəsində düşmən silahlıları təslim oldu. Qarabağ erməni silahlılarından tamamilə təmziləndi. Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və digər ərazilərimizdə Azərbaycan Bayrağı ucaldıldı.

 

Qarabağda qanunsuz erməni silahlılarının tam tərkibdə zərərsizləşdirilməsi sülhməramlıları bölgədə mövcudluğu üçün gərəkli olan zəmini ortadan qaldırdı. Artıq bölgədə kimisə kimdənsə qorumağa ehtiyac qalmadığına, Azərbaycan öz suverenliyini tamamilə bərpa etdiyinə və Qarabağdakı hər kəsin, eləcə də ölkəmizə sığınan ermənilərin təhlükəsizliyini təmin etdiyinə görə sülhməramlıların ərazini tərk etməsi bir zərurət olaraq meydana çıxdı. 2020-ci ilin Vətən müharibəsi ilə 2023-cü ilin lokal antiterror tədbirləri arasındakı müddət ərzində rəsmi Bakının yürütdüyü siyasət, ordumuzun hərbi müstəvidə gerçəkləşdirdiyi addımlar bu gün baş verən proseslərin yaşanması üçün bazis formalaşdırdı. Nəticədə, Rusiya sülhməramlıları Azərbaycanı vaxtından tez tərk etdi.

 

Azərbaycanda Ukrayna nümunəsi görmək istəyən “vətənpərvərlər”ə köç hay-küyünün verdiyi cavab

 

Məlum olduğu kimi, 2020-ci ildə Rusiya sülhməramlılarının Azərbaycana gəlişi həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda bəzi “ekspertlər”, “siyasətçilər” tərəfindən az qala dövlətçiliyimizin sonu kimi dəyərləndirilmişdi. Bəzi “uzaqgörənlər”, “əsl vətənpərvərlər” iddia edirdi ki, sülhməramlıların Azərbayacan gəlişinə razılıq vermək “böyük siyasi səhvdir” və Rusiya sühməramlıları “heç vaxt ölkəmizi tərk etməyəcək”. Ancaq zaman onları bütün digər məsələlərdə olduğu kimi bu məsələdə də haqsız çıxardı.

 

Bu gün ölkəmizi tərk edən Rusiya sülhməramlılarının köç karvanı Azərbaycanı Rusiya ilə üz-üzə qoymaq istəyənlərə ən tutarlı cavabdır. Azərbaycanı Rusiya ilə qarşıdurmaya səsləyən, ölkəmizdə müasir Ukrayna nümunəsi görmək istəyənlər sülhməramlıların Qarabağı bu cür – səssisz-səmirsiz, vaxtından tez tərk etməsini məyusluqla izləməkdədir. Çünki baş verənlər onların saxta vətənpərvərlikləri kimi saxta uzaqgörənliklərini də ifşa etməkdə, həmin adamların siyasi meyit olduğunu isbatlamaqdadır. Habelə, bu olay Azərbaycanla Rusiya arasıdnakı səmimi dostluq münasibətinin isbatıdır.

 

Bu gün baş verənlər həm də xalqımıza yaxşı məlum olan daha bir həqiqəti yada salır. Şahidi olduğumuz proseslər göstərir ki, ölkəmizdə həqiqətən də nəyi necə, nə vaxt etmək lazım gəldiyini bilən siyasi nəhəng mövcuddur və bu siyasi titan Prezident İlham Əliyevdir.

 

Seymur ƏLİYEV

 

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla