AZ

Qvardiola Çempionlar Liqasında "Real"ın məğlubiyyətini şərh edib

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının Çempionlar Liqasında “Real”la 1/4 final cavab oyununda məğlubiyyətini şərh edib.

“Qələbəyə üstünlük verərdim, amma “Real Madridi” təbrik edirəm. Biz qalib gəlmək üçün hər şeyi etdik. Bir məşqçi kimi həmişə deyirəm: əsas odur ki, daha çox qol vurub, az qol buraxaq. Bunun üçün hər şeyi etdik. Neə lazımdır oynadıq, amma təəssüf ki, qalib gələ bilmədik. Bəzən penaltilərdə qalib gələ bilirsən, bəzən isə bacarmırsan. Amma oyunda çox yaxşı müdafiə olunsaq da, əlimizdə olan şansları çevirə bilmədik. Hər kəs yüksək səviyyədə çıxış etdi”, – deyə Qvardiola BBC-yə deyib.

Qeyd edək ki, “Mançester Siti” Çempionlar Liqasının hazırkı qalibidir.

Azpost.info

 

Seçilən
172
31
Mənbələr
Şərh ()
Bağla