AZ

İzmirdə iki zavod yanır

İzmir şəhərinin Çiğli rayonundakı Atatürk Mütəşəkkil Sənaye Bölgəsində kauçuk və plastik zavodlarında yanğın baş verib.

"Unikal" xəbər verir ki, yanğın ilk öncə kauçuk zavodunda başlayaraq sonradan plastik zavoduna sıçrayıb. Yanğının dəqiq səbəbi hələlik məlum deyil.

Hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Seçilən
94
Mənbələr
Şərh ()
Bağla