AZ

Azərbaycanın müştərisiz əkin sahələri: "Marketlər yalnız yerli məhsulları satsın" - VIDEO

Azərbaycanın müştərisiz əkin sahələri: "Marketlər yalnız yerli məhsulları satsın" - VIDEO

Bəzi kənd təsərrüfatı məhsulları bölgələrdə daha ucuz qiymətə təklif olunsa da, alıcısı tapılmır. Onlar anbarlarda qalaraq çürüyür. Bakıda isə həmin kənd təsərrüfatı məhsullarının qiyməti bölgələrdəki qiymətlərdən xeyli fərqlənir.

Məsələn bölgələrdə çəkisi 32 kiloqram olan 1 kisə soğan 5 manata satılır. Təbii ki, oda alan olsa. Paytaxt bazarlarında isə soğanın bir kiloqramının qiyməti keyfiyyətindən asılı olaraq 1 manatdan, 3 manata qədərdir.

Sonxeber.az xəbər verir ki, "Apa TV"nin əməkdaşları mövzu ilə bağlı ətraflı araşdırma aparıb:

" Maştağada soğanın qiyməti 35 qəpikdir. Burada isə 80 qəpikdir. Kənd yerlərində qiymətlər ucuzdur".

Satıcılar isə deyir ki, bölgələrdə satış probleminin səbəbi məhsulun tələbatdan çox olmasıdır. Nəticə etibarilə həmin məhsullar köhnəlir və ucuz təklif olunsa da, müştəri tapılmır:

"Bu nöqteyi-nəzərdən yanaşsaq həmin soğanların sezonu gedib. Onlar köhnə soğandır. Təzə məhsullar çıxdığı üçün tələbat artıq təzə soğanlaradır".

Ekspertlər hesab edir ki, yerli məhsullara olan tələbatı artırmaq olar. Buna tədarük dövründə idxalı azaltmaq və iri ticarət mərkəzlərindən yalnız yerli məhsulların satışına nail olmaq mümkündür.

Ətraflı "Apa TV"nin süjetində:

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla