AZ

ABŞ sülhməramlıların Qarabağdan çıxmasına münasibət bildirib

“Biz Azərbaycan və Ermənistanın davamlı və şərəfli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyirik və bu prosesin asanlaşdırılmasına yardımı davam etməyə hazırıq”.

Bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsünün birinci müavini Vedant Patel jurnalistlər üçün keçirilən brifinqdə Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxarılmasına dair suala cavabında deyib.

Onun sözlərinə görə, ABŞ 2020-ci ildə Qarabağda döyüşlərə son qoyan və həmin bölgədə Rusiya qoşunlarının yerləşdirilməsini nəzərdə tutan üçtərəfli razılaşmanın tərəfi olmayıb. “Açığı, biz Rusiya hərbçilərinin daha dinc və stabil Cənubi Qafqaz regionu üçün töhfə verdiyini göstərən heç nə görməmişik”, – deyə V.Patel qeyd edib.

Seçilən
128
Mənbələr
Şərh ()
Bağla