AZ

DƏHŞƏT: 26 yaşlı oğlan anasını və nənəsini öldürdü

Moskvanın Taininskaya küçəsindəki ev 26-da qətl baş verib.

Lent.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

1990-cı il təvəllüdlü Andrey adlı Moskva sakini anası və nənəsini vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinir.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb, istifadə olunan bıçaq isə hadisə yerindən götürülüb.

Qonşuların dediyinə görə, kişi təxminən bir ay əvvəl psixi sağlamlıq müəssisəsindən buraxılıb. 

Paytaxtın İstintaq Komitəsi cinayət işi açıb. İstintaqın məlumatına görə, şübhəli şəxs anası və nənəsiilə qəfil münaqişə yaşayıb və bu zaman o, onlara çoxsaylı bıçaq xəsarətləri yetirib.

 

Seçilən
117
Mənbələr
Şərh ()
Bağla