AZ

Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...

Yaponiyanın Osaka Universitetinin alimləri plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul hazırlayıblar.
Moderator.az xəbər verir ki,  bu haqda "PLOS One" məlumat yayıb.
 
Laborator siçovullar üzərində normal və ağır pəncə sınıqları, sümük yerdəyişməsi ilə müşayiət olunan travmalar üzrə elmi təcrübələr aparılıb ki, bu da kifayət qədər ümidverici nəticələr verib. Mütəxəssislər sınıqlarda bir atmosfer təzyiqi ilə soyuq plazma müalicəsi aparıb və müəyyən ediblər ki, ionlaşmış qazla aparılan prosedur normal sınıqların sağalmasına demək olar ki, heç bir təsir göstərmir, lakin ağır sınıqlarda sağalmanı sürətləndirərək müəyyən dərəcədə sağalmağa kömək edir.
 
Üstəlik, alimlər plazma müalicəsindən sonra sınıq yerlərinin 3,5 dəfə daha güclü olduğunu qeyd ediblər. Mütəxəssislər qeyd edirlər ki, sınıq bölgələrində 5-15 saniyə soyuq plazma şüalanması sümük hüceyrələrarası maddənin istehsalına cavabdeh olan zülalın işini aktivləşdirir. Alimlər ümumiləşdirirlər ki, onların kəşfi sınıqların müalicəsi sahəsində insanlar üçün böyük əhəmiyyət kəsb edə bilər.
 
 
Seçilən
140
Mənbələr
Şərh ()
Bağla