AZ

Aİ İrana qarşı yeni sanksiyaların anonsunu verib

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Brüsseldə keçirilmiş sammitdən sonra İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəklərini açıqlayıblar. Məhdudiyyətlərin əksəriyyəti dron və raketlərin istehsalı ilə əlaqəlidir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Aİ liderlərinin birgə bəyanatında bildirilib.

“Avropa İttifaqı İrana qarşı, xüsusilə dron və raketlərlə bağlı əlavə məhdudlaşdırıcı tədbirlər görəcək. Avropa İttifaqı regionda gərginliyin azaldılması və təhlükəsizliyin təşviqinə tam sadiqdir”, – Aİ liderlərinin birgə bəyanatında deyilir.

Seçilən
249
18
Mənbələr
Şərh ()
Bağla