AZ

ABŞ Nümayəndələr Palatasının spikeri Ukraynaya qoşun göndərilməsini istisna edib

ABŞ qoşunlarının Ukraynaya göndərilməsi istisna haldır.

APA xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Conson bildirib.

O bildirib ki, ABŞ müttəfiqini dəstəkləyəcək.

"Biz dünya polisi deyilik. Amma biz düzgün olanı edəcəyik. Biz bilirik ki, Ukraynada və İsraildə köməyə nə qədər təcili ehtiyac var və biz yaxın müttəfiqimiz və əziz dostumuz olan İsrailin yanında olacağıq və azadlığın tərəfdarı olacağıq", - o, CNN telekanalında deyib.

Çərşənbə günü Nümayəndələr Palatasına təqdim edilən yeni ayrıca qanun layihəsi Ukraynaya 61 milyard dollar məbləğində maliyyə yardımının ayrılmasını nəzərdə tutur.

Qanun layihəsi üzrə yekun səsvermə aprelin 20-də gözlənilir.

Seçilən
168
1
Mənbələr
Şərh ()
Bağla