Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.
"Mançester Siti" "Real"ı qəbul edib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Komandalar arasında ilk görüş 3:3 hesabı qeydə alındığından əlavə vaxt oynanılıb.
“Bavariya” “Arsenal”ı 1:0 hesabı ilə yenərək növbəti mərhələyə adlayıblar. Münxendə baş tutmuş qarşılaşmada yeganə qolu 63-cü dəqiqədə Yozua Kimmix vurub.
Daha öncə PSJ və "Borussiya" (Dortmund) yarımfinala vəsiqə qazanıb.
"Mançester Siti" - "Real" - 1:1 (Penaltilər - 3:4 )
Qollar: Rodriqo, 12 (0:1), De Brüyne, 76 (1:1)
İlk oyun - 3:3
"Bavariya" - "Arsenal" - 1:0
Qol: Kimmix, 63
İlk oyun- 2:2