AZ

Çempionlar Liqası: “Real Madrid” yarımfinala yüksəldi

İspaniyanın “Real Madrid”i Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərənin “Mançester Siti”sini penalti seriyasında yenərək turnirin yarımfinalına vəsiqə qazanıb.

KONKRET.az xəbər verir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Matçda “Real Madrid”dən Rodriqo (12), “şəhərlilər”dən isə De Bröyne (76) fərqlənib. Əsas vaxt bərabərə bitdiyindən mübarizə əlavə vaxtda davam edib.

Matçın əlavə vaxtında Pep Qvardiolanın yetirmələrinin nəhəng üstünlüyünə baxmayaraq, hesabı dəyişmək mümkün olmayıb. Penalti seriyasında isə madridlilər “Mançester Siti”dən üstün olub – 4:3.

Xatırladaq ki, daha öncə “Bavariya” – “Arsenal” matçında münasibətlərə aydınlıq gətirilib.

Seçilən
77
31
Mənbələr
Şərh ()
Bağla