AZ

ÇL: “Real” və “Bayern” yarımfinalda!

Bu gün Çempionlar Liqasında 1/4 finala yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son matç günündə 2 qarşılaşma keçirilib. 

“Mançester Siti” “Real”ı qəbul edib. Bu komandalar arasında ilk görüş 3:3 hesabı ilə başa çatmışdı. Cavab görüşünün də əsas və əlavə vaxtı heç-heçə bitib. Qalib isə penaltilər seriyasnda müəyyənləşib. Rəqibinə qalib gələn “Real” yarımfinala yüksəlib.

“Arsenal” isə “Bayern”in qonağı olub. Sözügedən komandalar da birinci oyunda 2:2 hesablı heç-heçə etmişdilər. Doğma meydanda minimal hesabla qalib gələn “Bayern” yarımfinala çıxıb.

Beləliklə, yarımfinalda PSJ “Borussiya” (Dortmund) ilə, “Real” isə “Bayern”lə qarşılaşacaq.

Çempionlar Liqası
1/4 finalın cavab oyunları

17 aprel

“Bayern” (Almaniya) – “Arsenal” (İngiltərə) 1:0
Qol: Kimmix, 63.
Baş hakim: Danni Makkeli (Niderland).
Münhen. “Alyans Arena”.
İlk oyun – 2:2.

“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) 1:1 (penaltilər 3:4)
Qollar: De Bröyne, 76 – Rodriqo, 12.
Baş hakim: Daniel Orsato (İtaliya).
Mançester. “Etihad” stadionu.
İlk oyun – 3:3.

Seçilən
152
45
Mənbələr
Şərh ()
Bağla