AZ

Çempionlar Liqası: “Bavariya” “Arsenal”ı məğlub etdi, yarımfinala vəsiqə qazandı

Almaniyanın “Bavariya”sı Çempionlar Liqasının yarımfinalına çıxıb.

Publika.az xəbər verir ki, münxenlilər turnirin 1/4 finalının cavab qarşılaşmasında İngiltərənin “Arsenal”ını 1:0 hesabı ilə yenərək növbəti mərhələyə adlayıblar.

Münxendə baş tutmuş qarşılaşmada yeganə qolu 63-cü dəqiqədə Yozua Kimmix vurub.

İlk oyun aprelin 9-da Londonda keçirilib və 2:2 hesabı ilə başa çatıb.

Seçilən
129
Mənbələr
Şərh ()
Bağla