AZ

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Yunanıstanda

Bakı, 18 aprel, AZƏRTAC

Yunanıstanda nəqliyyat işçiləri əməkhaqqının artırılmasını tələb edən muzdlu işçilərin 24 saatlıq tətilinə qoşulublar.

AZƏRTAC xəbər verir ki, tətil Yunanıstanın özəl sektorunun ən böyük həmkarlar ittifaqı olan “GSEE” tərəfindən təşkil olunub.

Bu ay ölkədə minimal aylıq əməkhaqqı 6,4 faiz artırılaraq 830 avroya çatıb. Bu, beş il ərzində dördüncü bu cür artım olub. Lakin tətilçilər deyirlər ki, əməkhaqqının artırılması qida məhsulları və mənzil qiymətlərinin artmasının öhdəsindən gəlmək üçün kifayət etmir.

Yunanıstanda orta aylıq əməkhaqqı 1175 avro təşkil edir. Bu, 15 il bundan əvvəlki göstəricidən 20 faiz azdır. İşsizliyin səviyyəsi isə 10 faizdən yüksək olaraq qalır, bu, İspaniyadan sonra Avropa İttifaqında ikinci ən yüksək göstəricidir.

Yunanıstan hökuməti 2027-ci ilə qədər minimal aylıq əməkhaqqını 950 avroya qədər qaldırmağı, eləcə də orta əməkhaqqını 25 faizdən çox – 1500-ə qədər artırmağı vəd edib.

Seçilən
148
1
Mənbələr
Şərh ()
Bağla