AZ

Göyçayda bu gün su olmayacaq

Göyçayda içməli suyun verilişində fasilə yaranacaq.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki,18 aprel saat 09:00-dan 14:00-dək  təsdiqlənmiş plana və təlimata uyğun olaraq rayonun Heydər Əliyev prospekti, Əli Səmədli, Atatürk, Mehman Muradov, Ş.İ.Xətai, Əhməd Cavad, Nigar Rəfibəyli, M.H.Şəhriyar, M.P.Vidadi, İsgəndər Coşqun, Rauf isayev, Səyyaf Xəlilov, Zakir Nəcəfov və H.B.Zərdabi küçələrində içməli su ilə təminatda fasilə yaranacaq.

Qeyd edək ki, fasilə rayonun Şəhriyar küçəsində yerləşən su anbarında yuyulma, həmçinin dezinfeksiya işlərinin aparılması ilə əlaqədar yaranacaqdır.

Bizim.Media, Aran bürosu

Seçilən
108
Mənbələr
Şərh ()
Bağla