AZ

Ukraynaya uzun mənzilli ATACMS verilməsi təklif edilir...

...ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Konqresdən ABŞ prezidenti Cozef Baydeni Ukraynaya ATACMS verməyə məcbur etməyi təklif edir.

SİA bu barədə müvafiq qanun layihəsinə istinadən xəbər verir.

Sənəd prezident Baydenin "mümkün qədər tez" Ukraynaya uzun mənzilli ATACMS ötürmək öhdəliyini götürməsini təklif edir.

Modifikasiyadan asılı olaraq, atəş məsafəsi fərqli ola bilər. Məsələn, ATACMS I blokunun (MGM 140A) əsas versiyası üçün bu, cəmi 165 km, ATACMS bloku IIA (MGM 164B) üçün isə artıq 300 km-dir.

Xatırladaq ki, Ukrayna ötən il ABŞ-dan 300 kilometrə qədər məsafədə hədəfləri məhv etməyə qadir olan uzaqmənzilli ATACMS raketlərinin təhvil verilməsini xahiş etmişdi.

...Və hətta xatırlamış olarsınız, ötən ilin oktyabrında ukraynalılarBerdyansk və Luqansk aerodromlarına raket hücumu həyata keçirmişdilər.

Qeyd edək ki, həmən ərəfədə ruslar Ukrayna tərəfininATACMS raketlərindən istifadə etdiyindənşikayətlənmişdilər.

Daha sonra Ağ Ev bu cür silahların Ukraynaya ötürüldüyünü, lakin 165 kilometrə qədər məsafəyə malik olduğunu təsdiqləmişdi.

Yeri gəlmişkən, həmən ərəfədə Ukraynaya 165 kilometrə qədər məsafə qət edən raketlər verilsə də amma bunların sayı az miqdarda verilmişdi.

Ağasəf Babayev

Seçilən
112
Mənbələr
Şərh ()
Bağla