AZ

Bu gün Başlıbel faciəsindən 31 il ötür

Bakı. Trend:

Bu gün Başlıbel faciəsinin ildönümüdür.

Trend xəbərverir ki, 1993-cü ilin aprelində Ermənistanın Kəlbəcər rayonunuişğalı zamanı Başlıbel kəndində törətdiyi qırğından 31 il ötür.

1993-cü ilin aprelin əvvəllərində Kəlbəcərin ermənilərtərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan Başlıbelkəndinin 62 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndənqorunmaq üçün dağlara çəkilərək kahalara sığınıblar. Onlarkahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-dəermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonraonların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfərisə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalaradəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra –iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməkləgizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindənçıxa biliblər.

Başlıbel faciəsi ilə bağlı məlumatlar ABŞ Dövlət DepartamentininDemokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünyaölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatındada yer alıb.

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan tərəfiErmənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həminşəxslərin meyitlərinin həmkəndliləri tərəfindən mağara yaxınlığındadəfn olunduğu yeri aşkar edib. Kütləvi şəkildə qətlə yetirilmişhəmin sakinlərin qalıqları ekshumasiya edilməklə şəxsiyyətlərimüəyyənləşdirilib və ayrı-ayrı dəfn olunub.

Sağ qalan şahidlərin ifadələri də təsdiq edir ki, Başlıbelqətliamı zamanı sakinlər arasında girov götürülənlər olub vəbugünədək itkin hesab olunanlar var.

Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olanBaşlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanıdağıdılaraq məhv edilib.

Seçilən
75
50
Mənbələr
Şərh ()
Bağla