AZ

“Tavuşda nə etdiyimi bilirəm” – Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində bu gün Tavuş kəndlərinə səfərindən qısa video yayımlayıb.

KONKRET.az xəbər verir ki, o, həmçinin bu günki səfərinin təfərrüatlarını da açıqlayıb.

O bildirib ki, Voskepar sakinləri bugünkü görüşdən narazı olmayıblar:

“Elə bir zaman gəlib ki, vətən naminə özünü qurban verməlisən. Hörmətini, adını, övladının və ailənin dincliyini qurban verməlisən. Amma bunu niyə etdiyini bilmək lazımdır. Mən bunu niyə etdiyimi bilirəm, Ermənistan Respublikasının müstəqil dövlət olması üçün edirəm”, – deyə Paşinyan qeyd edib.

Qeyd edək ki, Paşinyan bu il ikinci dəfədir ki, Voskepar kəndinə gedir. Kənd sakinləri ilə əvvəlki görüş narazılıqla yekunlaşmışdı. Görüşün mövzusu kənd sakinlərinin etirazına səbəb olan Tavuşun dörd yaşayış məntəqəsinin Azərbaycana verilməsi olub. Paşinyan onlara deyib ki, bu kəndlər təslim olunmalıdır, əks halda müharibə başlayacaq.

Lakin, Voskepar sakinləri bugünkü görüşdən narazı olmayıblar.

Burhan,

KONKRET.az

Seçilən
47
11
Mənbələr
Şərh ()
Bağla