AZ

İraq PKK ilə bağlı bunu ilk dəfə qəbul etdi - Gülər

İraqın Türkiyə ilə sərhədində 30 km-lik buferzona artıq yaradılıb. Lakin orada görüləcək bəzi işlər var.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərin suallarını cavablayarkən deyib.

Nazir Türkiyənin terrorizmə qarşı mübarizəsinin qətiyyətlə davam etdiyini bildirib:

“Planlaşdırma aparılır. Dövlət başçısı bazar ertəsi (22 aprel - red.)İraqda səfərdə olacaq. Uzun illər sonra ilk dəfə belə bir strateji müqavilə imzalanacaq. İraqlı dostlarımız PKK ilə bağlı “PKK terror təşkilatıdır” deməsə də, ona bənzər ifadəni ilk dəfə qəbul etdilər”, - deyə Y.Gülər bildirib.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla