AZ

2009-cu ildən sonra doğulanlar üçün siqaret qadağası..?

Britaniya parlamenti 2009-cu ildən sonra doğulanların siqaret çəkməsini qadağan edən planı dəstəkləyib. Qanun layihəsi Böyük Britaniyanın baş naziri Rişi Sunak tərəfindən təqdim edilsə də,onlarla partiya üzvü onun əleyhinə səs verib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qanun layihəsinin konteksti ondan ibarətdir ki, 2009-cu il yanvarın 1-dən sonra doğulan hər kəs üçün tütün məmulatlarının satışını qeyri-qanuni edəcək.

Amma qanunun məqsədi siqareti cinayət hesab etmək deyil, 2009-cu ildə doğulan və sonralar uşaqların qanuni olaraq tütün almasını qadağan etməkdir.

Qeyd edək ki, prelin 16-da qanun layihəsi Böyük Britaniya parlamentində ilk səsvermədən keçib. Qanun layihəsinin lehinə 383 deputat səs verib, 67 nəfər əleyhinə səs verib, qanunun qəbulu proseduru davam etdiriləcək və ona əlavələr hələ də edilə bilər.

Onu da qeyd edək ki, onun 2027-ci ildən əvvəl qüvvəyə minməsi gözlənilir.

Böyük Britaniyanın Səhiyyə Naziri Viktoriya Atkins hesab edir ki, bu, “tütündən azad nəsil” yaratmağa kömək edəcək. ...Mühafizəkarlar Partiyasının üzvlərinin fikrincə, qanun layihəsi insanların azadlıqlarını məhdudlaşdırır.

Bununla belə, uşaqlar və yeniyetmələr üçün siqaret qadağası 2024-cü ilin sonuna planlaşdırılan seçkilər öncəsi Sunakın əsas siyasət təşəbbüslərindən biridir.

Nazlı

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla