AZ

Gəlin öz toyunda dünyasını dəyişib

Gəlin

Toyu olan gəlin nişanlısı ilə nikah bağladıqdan cəmi bir neçə saat sonra hovuza düşərək dünyasını dəyişib.

Reyting.az
-ın məlumatına görə, faciə bazar günü günortadan sonra Braziliyanın şərqində, San-Pauluda kirayə qaldıqları bağ evində baş verib.

Elisangela Qazano suyun kənarında rəqs edərkən müvazinətini itirib. Qonaqlar 38 yaşlı qadını xilas etməyə çalışıb və təcili yardım çağırıblar. Qadın xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.

Yerli xəbərlərdə Qazanonun suyun kənarında rəqs edərkən büdrəyərək yıxıldığı bildirilir.

Onu da qeyd edək ki, gəlin hadisədən bir neçə saat əvvəl sosial şəbəkədə nigah mərasimini əks etdirən fotolar paylaşıb.

V. QULİYEV
Seçilən
69
Mənbələr
Şərh ()
Bağla