AZ

Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz

Böyük Britaniyada bir startap şirkəti insanın ayaqları vasitəsilə ürək çatışmazlığı əlamətlərini aşkar edə bilən süni intellektə dəstəklənən cihaz hazırlayıb.

Valyuta.az xəbər verir ki, Kembricdə yerləşən "Heartfelt Technologies" ayaqlarda şişkinliyi yoxlamaq üçün çılpaq ayaqları skan edərək xəstəlik olub-olmadığını anlayan cihaz hazırladığını iddia edib. Ayaqların şişməsi insanın infarkt keçirmə riskinin olduğunun göstəricisi hesab edilir. Ayağın şişməsi ürək çatışmazlığının bir əlamətidir və infarktdan iki həftə əvvəl ortaya çıxa bilər. Lakin bu çox vaxt xəstənin diqqətindən yayınır.

"Heartfelt Technologies"in süni intellektlə işləyən cihazı evdə quraşdırıla və hər dəfə yeridikcə ayaqlara avtomatik nəzarət edə bilər. İdeya, cihazı ürək problemləri olan, lakin xəstəxanadan buraxılmış xəstələrin evlərinə yerləşdirməkdir. Şirkət bu təşəbbüsün xəstəxanaya müraciətləri xeyli sayda azalda biləcəyini iddia edir.

Ayaqqabı qutusu ölçüsündə olan cihaz xəstələrin yerişini avtomatik şəkildə izləmək üçün optik sensor və 3D kameradan istifadə edir. Qurğunun ilk nəsli üçün "Raspberry Pi" kompüterindən istifadə edən "Heartfelt Technologies" öz aparatını "Xbox One" kameraları üçün "Microsoft Kinect"də istifadə edilən səviyyəyə yüksəldib. Şirkətdən verilən məlumata görə, Avropada tibbi cihaz direktivinə (MDR) uyğun, tənzimləyici təsdiqi olan cihaz, artıq dünyanın bir çox yerlərində istifadə edilir. 

Elmir

Seçilən
94
1
Mənbələr
Şərh ()
Bağla